Valideynlər sanki hədiyyə verməkdə bəhsə girir. Əlbəttə ki, burda günah valideynlərdədir. Ancaq müəllim də günahsız deyil. Valideynlərin hədiyyəsindən müəllim imtina etməlidir.
Bu sözləri BUTA.TV-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi Xırdalan şəhəri 1 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Yaqut Ağamalıyevaya qızıl-zinət əşyalarının hədiyyə edilməsilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər haqda danışarkən deyib.
“Valideynlər uşağına yaxşı qiymət yazılsın, müəllim uşağı fərqləndirsin deyə, onu müxtəlif üsullarla ələ almağa çalışırlar və nəticədə iradəsi zəiflər bu üsula boyun əyir. Amma bizim elə müəllimlərimiz var ki, inanın, adi gülü belə almaq istəmir.
Mövcud vəziyyət isə artıq bir ənənə halını alıb: alırlar, təqdim edirlər və sosial şəbəkələrdə yayırlar. Bir növ özlərini baha satmağa çalışırlar cəmiyyətə, amma anlamadıqları bir məsələ var: bu, ucuzluqdur”, - ekspert bildirib.
E.Əfəndi qeyd edib ki, bu cür xoşagəlməz hallar ümumi prosesə kölgə salır:
“Bu gün 1 milyon 600 mindən çox şagird təhsilin müxtəlif pillələrində təhsil alır. 160 mindən çox təhsilverən onların bilik və bacarıqlarının formalaşmasına çalışır, amma təəssüf ki, bu cür xoşagəlməz hallar ümumi prosesə kölgə salır.
Bu, təhsil adına yaraşmır. Bilirlər ki, cəmiyyət tərəfindən birmənalı qarşılanmayacaq, yenə də çəkinmədən bu tendensiyanı davam etdirirlər.
Fikrimcə, müəllimlər özləri məhz bu hədiyyəni alan müəllimləri qınamaladır. Çünki qurunun oduna yaş da yanır, onların etdikləri digər müəllim adını daşıyanlar üçün də xoşagəlməzdir”.
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu
- Rusiya ilə münasibətlərdə ümumi gərginlik... - Bayramov
- Azərbaycan, Qazaxıstan, Rusiya və ICAO-nun birgə rəyi: təyyarə vurulub