Türkiyənin "Akıncılar" tekstil şirkəti Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutu ilə əməkdaşlıq müqaviləsi imzalayıb.
BUTA.TV xəbər verir ki, bu barədə şirkətin mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunub ki, tərəflər arasında imzalanan protokola əsasən, Azərbaycanda birgə istehsal müəssisəsi və laboratoriya yaradılacaq.
Azərbaycanda müştərək müəssisədə istehsal olunacaq müdafiə təyinatlı məmulatların üçüncü ölkələrə tədarükü planlaşdırılır.
“Azərbaycan ilk dəfə olaraq gülləkeçirməz müdafiə məhsulları istehsal edəcək. İnnovasiya mərkəzində "Akıncılar" və Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutunun mühəndisləri birgə istehsalı inkişaf etdirəcəklər”, - İdarə Heyətinin rəhbəri Əhməd Can Uzuntəpə bildirib.
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu
- Rusiya ilə münasibətlərdə ümumi gərginlik... - Bayramov
- Azərbaycan, Qazaxıstan, Rusiya və ICAO-nun birgə rəyi: təyyarə vurulub