Hakimiyyət artıq Rusiya ordusunun Ermənistandan çıxarılması prosesinə başlayıb.
BUTA.TV xəbər verir ki, bunu erməni mediasına açıqlamasında Ermənistanın Niderlanddakı sabiq səfiri Dzünik Ağacanyan deyib.
Onun sözlərinə görə, bunun üçün Ermənistan cəmiyyətinin Zəngəzurdan keçən dəhlizlə bağlı danışıqlara birmənalı mənfi münasibətindən istifadə edilir:
“Sənədin imzalanmasından qısa müddət sonra dəmir yolu üzərində nəzarət Qərb şirkətlərinə verilərsə, xarici qüvvələr Ermənistana daxil olarsa və AB missiyası NATO-nun hərbi mövcudluğuna çevrilərsə, təəccüblənmərəm. AB müşahidəçilərinin bu gün Ermənistanda olduqlarını nəzərə alsaq, bunu etmək çox asan olacaq”.
O qeyd edib ki, Ermənistan sərhədləri, xüsusilə Türkiyə ilə sərhəd Rusiya hərbçiləri hesabına təhlükəsiz şəkildə qorunur.
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu
- Rusiya ilə münasibətlərdə ümumi gərginlik... - Bayramov
- Azərbaycan, Qazaxıstan, Rusiya və ICAO-nun birgə rəyi: təyyarə vurulub