İyunun 13-ü günorta saatlarından İranın Kürdüstan əyalətinin Saqqız şəhərində etiraz aksiyaları başlayıb.
BUTA.TV xəbər verir ki, bu barədə yerli sosial media fəalları və xarici media məlumat yayıb.
Aksiya fonunda bazar və iş yerləri bağlanıb.
Etiraz aksiyası ötən ilin sentyabr ayında məcburi hicab qaydalarını pozduğuna görə hökumət məmurları tərəfindən öldürülən saqqızlı Məhsa Əmininin məzarının yerləşdiyi Ayçı qəbristanlığındakı dəyişiklik və söküntülərə görə baş verib.
Qeyd edək ki, hökumət qəbirstanlıq və Məhsa Əmininin məzarı ətrafında söküntü işləri aparır, manelər quraraq gediş-gəlişi çətinləşdirir.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu