Marinkadakı ukraynalı əsgərlər, demək olar ki, hər gün əsgərlərinin, tanklarının və digər silahlarının sayına görə şəhərin müdafiə qarnizonunu üstələyən işğalçıların hücumlarını dəf edirlər. Amma şəhərin ələ keçirilməsi işğalçının mühüm qələbəsi olacaq.
BUTA.TV xəbər verir ki, bu barədə “Nyu York Tayms” nəşrinin Marinkanın müdafiəsi ilə bağlı məqaləsində bildirilib.
“Kiçik strateji şəhər tüstülənən dağıntı qalasına çevrilib və indi yıxılmamış bir neçə məhəllə qalıb. Burada əsgərlər ev-ev, otaq-otaq atəşə tutulub, o qədər yaxınlıqda vuruşurlar ki, bir-birinin fəryadını eşidə bilirlər", - məqalədə qeyd olunub.
Məqalə müəllifləri vurğulayıblar ki, Ukraynanın taleyi Marinka və ya Avdeyevkada həll olunmur, lakin hər bir belə müdafiə qovşağı önəmlidir. Hətta bir şəhərin itirilməsi rus ordusunun irəliləyə biləcəyi boşluq yarada bilər.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu