İyunun 14-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Türkiyə Respublikasının vitse-prezidenti Cevdət Yılmaz arasında telefon danışığı olub.
BUTA.TV xəbər verir ki, telefon danışığı əsnasında Ə.Əsədov C.Yılmazı Türkiyənin Vitse-prezidenti vəzifəsinə təyin edilməsi münasibətilə bir daha təbrik edib, qarşıdakı fəaliyyətində ona uğurlar arzulayıb.
İki qardaş ölkə arasında strateji tərəfdaşlıq və müttəfiqlik əlaqələrinin prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın qətiyyətli səyləri ilə bütün sahələrdə yüksək səviyyədə inkişafından məmnunluq ifadə olunub.
Türkiyə prezidentinin Azərbaycana son səfərinin ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi baxımından əhəmiyyəti vurğulanıb.
İki ölkə arasında əlaqələrin müxtəlif istiqamətlərdə daha da möhkəmləndirilməsi və dərinləşdirilməsi üçün qarşılıqlı fəaliyyətə hazırlıq ifadə olunub.
Eyni zamanda Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya çərçivəsində görüləcək işlər nəzərdən keçirilib.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu