Ukraynada müharibə tezliklə başa çatacaq. Mən peyğəmbər deyiləm, amma Ukraynada bu müharibəni bitirəcəyik. Bunun üçün artıq əsas ilkin şərtlər var. Amma sonra Qərb bizə hədsiz problemlər yaradacaq. Əgər onlar bu xətləri keçsələr, bu, onlar üçün çox ağrılı olacaq.
BUTA.TV xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
Lekaşenko bildirib ki, onun ölkəsinə qarşı təcavüz olarsa, Belarus Ukraynaya qarşı müharibəyə girəcək:
“Bizim artıq cavab vermək üçün kifayət qədər gücümüz var. Çoxları deyir: “Yaxşı, Batya bilirsən də belədir...” Bəli, mən mövzu xalqıma, dövlətimə gələndə beləyəm. Mən imkan verməyəcəm ki, 10 milyonluq xalqı parça-parça etsinlər. Ona görə də çəkinmədən deyirəm: Bizə qarşı təcavüz edilsə, cavabını verəcəyik”.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu