Müxalifət AKP-nin kənd ərazilərindən verilən səslərlə qalib olduğunu deyəcək qədər rüsvayçı vəziyyətə gəlib.
BUTA.TV xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Qazi Mustafa Kamal Atatürkün “Kəndli millətin əfəndisidir” sözünü görməzdən gəlirlər. Kəndli də, şəhərli də cavabını seçkidə verir. Vətəndaşı 500 lirə ilə səsini satmaqda ittiham etməyin heç bir açıqlaması yoxdur. Altı oxundan birinin guya xalqçılıq olan partiyanın sədrinin belə sözlər deməsi də ayrı bir qalmaqaldır. Qorxunc və utancvericidir. Bunların millətə münasibəti dəyişmir. Xidməti və hörməti millətə layiq görməyənlərin Türkiyə Yüzilində yeri yoxdur. Onlara seçicini ittiham etmə xəstəliyindən qurtulmağı arzu edirik. Müxalifət millətin seçiminə hörmət etməyi öyrənməlidir”, - deyə dövlət başçısı bildirib.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu