İyunun 15-i axşam saatlarından başlayan güclü leysan yağışı Quba rayonunun Bostankeş kəndində sel təhlükəsi yaradıb.
BUTA.TV xəbər verir ki, kənd sakinləri Azərtac-a bildiriblər ki, üç saatdan artıqdır yağan güclü yağış nəticəsində yaranan sel suları Xınalıq inzibati ərazi dairəsinə aid olan Bostankeş kəndinin yollarını və həyətləri basıb. Sel getdikcə gücləndiyindən kəndin aşağı hissəsində yaşayan sakinlər evlərini tərk edərək, daha yüksəkdə yerləşən təhlükəsiz əraziyə çıxıblar.
Sel suları Bostankeşdən Xınalıq kəndinə gedən yolda hərəkəti məhdudlaşdırıb. Həmin yolda avtomobildə çətin vəziyyətdə qalan Xınalıq sakinlərinin köməyinə Qubadakı 5 saylı Yol İstismarı MMC-nin ərazidə xidmətdə olan növbətçi briqadasının əməkdaşları gəliblər. Avtomobili ərazidən çıxarmaq mümkün olmasa da, vətəndaşlar Bostankeş kəndinə gətirilib.
Qeyd edək ki, 2020-ci ildə Bostankeş kəndinə gələn sel yaşayış evlərinə, fərdi təsərrüfatlara və yol infrastrukturuna ciddi ziyan vurmuşdu.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu