Pakistan Baş naziri Şahbaz Şərifin Azərbaycana səfəri çərçivəsində Ermənistanla bağlı sözləri düşmən ölkədə geniş reaksiya doğurub.
BUTA.TV xəbər verir ki, Şahbaz Şərif Qarabağın işğaldan azad edilməsində Azərbaycana dəstəyi ölkəsinin borcu adlandırıb.
Həmçinin Şahbaz Şərif Ermənistanla heç bir diplomatik əlaqə qurulmamasını bu cür izah edib:
“Biz o məsələyə (Ermənistanla diplomatik əlaqələrin qurulmasına - red.) yalnız Bakı və İrəvan arasında sülh müqaviləsi imzalanandan sonra qayıda bilərik”.
Erməni analitiklər Azərbaycanın əsas müttəfiqlərindən olan Pakistanın baş nazirinin bu sözlərini “İslamabadın İrəvana tələbi” adlandırıblar.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu