Temperatur yüksəldikcə suya tələbatımız daha da çoxalır.
BUTA.TV “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, bu aylarda sərinləşdirici içkilərin satışı da əvvəlki dövlərlə müqayisədə xeyli artır. Köşklərin, mağaza vitrinlərinin qarşısı alıcılarla dolur. Son illərin bahalaşması isə belə içkilərin də qiymətindən yan keçməyib.
Vətəndaşlar deyir ki, qışda bu artım ciblərinə təsir etməsə də, indi bu fərqi hiss etməyə başlayıblar.
Satıcı Eldar Babayev də qiymətlərin artığını təsdiqləyir. Onun sözlərinə görə qazlı və qazsız sular-30 faiz bahalaşıb.
Eldar Babayev qiymət artımını daşınma xərcləri ilə əlaqələndirir. Bahalaşma idxal məhsullarında daha çox hiss olunur.
Onun sözlərinə görə, meyvə şirələri və şirin suların qiyməti dəyişməyib.
Daha ətraflı videomaterialda:
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu