Ötən gecə əsən güclü külək, habelə intensiv yağışlar Yevlax şəhərində bir sıra fəsadlara səbəb olub.
BUTA.TV xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə güclü külək nəticəsində Yevlax şəhərində yerləşən bəzi tikililərin dam örtüyünün qoparaq ətrafa dağılması, irigövdəli ağacın aşaraq hərəkətə mane olması və bir sıra yerlərin subasmaya məruz qalması barədə məlumatlar daxil olub.
Dərhal əraziyə FHN-in Aran Regional Mərkəzinin qüvvələri cəlb olunub.
Əməliyyat şəraitinə uyğun olaraq xilasedicilər tərəfindən gecə saatlarında ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Bununla yanaşı, hazırda su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması işləri davam etdirilir
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu