2023-cü ildə Rusiya hərbçiləri vurulan hər Ukrayna hərbi təyyarəsi və helikopteri üçün 300 min rubl, zirehli texnikanın hər vahidi üçün 100 min rubl alıblar.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Bu il məhv edilmiş 45 Ukrayna helikopteri və 71 təyyarənin hər biri üçün hərbi pilotlara və hava hücumundan müdafiə operatorlarına 300 min rubl məbləğində ödəniş edilib. Quru və hava-desant qoşunlarının hərbi hissələri, eləcə də dəniz piyadaları Ukrayna qoşunlarının yüzlərlə zirehli texnikasının hər birinin məhv edilməsi üçün 100 min rubl alıblar”, - məlumatda deyilir.
Qeyd olunur ki, bu il nazirlik düşmənin 1501 zirehli döyüş maşınının, 203 özüyeriyən artilleriya qurğusunun, eləcə də 85 reaktiv yaylım atəşi sistemlərinin məhv edilməsinə görə 50 min rubl məbləğində ödəniş edib.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu