Boris Conson mediaya qayıtdı: faktastik qonorara...

21:38 - 16 İyun 2023 - GÜNDƏM

 Boris Conson mediaya qayıtdı: faktastik qonorara...

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson “Deyli Meyl” (Daily Mail) nəşrində işə başlayacaq.

BUTA.TV xəbər verir ki, bu barədə “Skay Nyus” məlumat yayıb.

Nəşrin mənbəsi bildirib ki, Conson hər həftə rubrika aparacaq.

“Deyli Meyl” nəşri də ana səhifəsində şənbə günündən etibarən “yeni, kifayət qədər dərin təhlilçi”nin yazılarının dərc ediləcəyini və onun məqalələrinin “Vestminsterdə mütləq oxunacağını” anons edib.

Bildirilib ki, Conson köşə yazıları üçün “altırəqəmli məbləğ” alacaq.

Qeyd edək ki, Conson 2019-cu ildə “Deyli Teleqraf”dan (The Daily Telegraph) ayrılmışdı.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol