Tanrıverdi Mustafayevə vəzifə verildi

13:50 - 17 İyun 2023 - GÜNDƏM

 Tanrıverdi Mustafayevə vəzifə verildi

Uzun illər “Barmek”, “Bakıelektrikşəbəkə” və “Azərişıq” ASC-də mətbuat xidmətinin rəhbəri olmuş Tanrıverdi Mustafayevə yeni vəzifə verilib.

BUTA.TV Globalinfo.az-a istinadən xəbər verir ki, onun Penitensiar Xidmətin mətbuat katibi təyin edilməsinə dair məlumat yayılıb.

Qeyd edək ki, T.Mustafayev sonuncu dəfə “Azərişıq” ASC-də sədrin müşaviri vəzifəsini icra edib. Bir ildən çoxdur ki, həmin vəzifədən ayrılsa da, bununla bağlı ictimaiyyətdə heç bir məlumat yox idi.

Xatırladaq ki, T.Mustafayevin yeni təyin olunduğu Penitensiar Xidmətin mətbuat katibi vəzifəsini mərhum Mehman Sadıqov icra edirdi.

Xəbəri Tanrıverdi Mustafayevlə dəqiqləşdirə bilmədik. Əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol