Türkiyə ixracatını 285 milyarda çatdıracaq - Ərdoğan

19:56 - 18 İyun 2023 - GÜNDƏM

 Türkiyə ixracatını 285 milyarda çatdıracaq - Ərdoğan

2023-cü ilin sonuna qədər Türkiyənin ixracatını 265 milyard dollara, gələn ilin sonuna isə 285 milyard dollara çatdırmağı planlaşdırırıq

BUTA.TV-ın məlumatına görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Qlobal iqtisadiyyatdakı mənfi tendensiyalara baxmayaraq, biz 2023-cü ilin sonuna qədər Türkiyənin ixracatını 265 milyard dollara, gələn ilin sonuna isə 285 milyard dollara çatdırmağı planlaşdırırıq", - deyə R.T.Ərdoğan bildirib.

Dövlət başçısı qeyd edib ki, xidmət ixracı ötən il 47,3 faiz artaraq 90 milyard dollara çatıb.

Bu xəbər hal-hazırda çox oxunur
Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?

Türkiyə prezidenti ölkənin müdafiə sənayesində əldə olunan nailiyyətlərə də diqqət yetirib.

“Ötən il xaricə müdafiə təyinatlı məhsulların tədarükü 37 faiz artaraq 4,3 milyard dollara çatıb", - deyə o əlavə edib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol