İsrail Xarici İşlər Nazirliyi Rusiya Prezidenti Vladimir Putinin Ukrayna lideri Vladimir Zelenskini “yəhudi xalqının utancı" adlandırdığı sözlərini şərh etməkdən imtina edib
BUTA.TV xəbər verir ki, bu barədə İsrailin "NEWSru.co.il" saytı məlumat yayıb.
Məlumata görə, İsrail Xarici İşlər Nazirliyinin mətbuat xidməti hələlik Putinin sözlərini şərh etməyəcəklərini bildirib.
Qeyd edək ki, Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda çıxış edən Putin Vladimir Zelenskinin milliyyətindən danışaraq, Ukrayna prezidentinin “yəhudi deyil”, “yəhudi xalqı üçün utanc” olduğunu söyləyib.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu