Azərbaycanda müşahidə olunan faktiki hava şəraiti açıqlanıb.
BUTA.TV xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin iyunun 18-i saat 20.00-a olan məlumatına əsasən Gədəbəy, Daşkəsən, Tovuz, Gəncə, Şəmkir, Göygöl, Naftalan, Yevlax, Qusar, Quba, Xaçmaz, Şabran, Xaltan, Şahdağ, Mingəçevir, Sabirabad, İmişli, Zərdab, Ağdam, Balakən, Zaqatala, Şəki, Şamaxı, Tərtər, Yevlax, Qax, Goranboyda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.
Yağan leysan yağış nəticəsində saat 15:13 radələrində Goranboy rayonunun Böylü qəsəbəsindən sel keçib. Saat 15:10 radələrində Ağdam rayonunun Çəmənli və Sarıcalı kəndləri ərazisinə diametri 30-35 mm olan dolu düşüb.
Qərb küləyi arabir Goranboyda 25 m/s, Gəncədə 24 m/s, Daşkəsəndə 23 m/s, İsmayıllıda 22 m/s, Göyçayda 22 m/s, Şəmkirdə 18 m/s, Sabirabadda 17 m/s, Göygöldə 16 m/s, Bakıda və Abşeron yarımadasında 22 m/s-dək güclənib.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu