Ordusunun hazırda Ukraynada “bataqlıqda” olmasına baxmayaraq, Rusiyanın İsveçə silahlı hücumu istisna edilə bilməz. Rusiyanın hələ də İsveçə qarşı hərəkətə keçmək imkanı var.
BUTA.TV xəbər verir ki, bu barədə İsveç Müdafiə Komitəsinin bazar ertəsi rəsmən təqdim olunacaq hesabatında deyilir.
İsveç nəşri SVT-nin jurnalistləri hesabatla tanış ola biliblər.
Bildirilir ki, hesabat “Allvarstid” (hərfi mənada – “Ciddilik vaxtı”) adlanır. Nəşrin mənbələri iddia edir ki, bu, İsveçin indiki kimi ciddi təhlükə altında olduğu 1939-1945-ci illər dövrünə bənzəyir:
“Ümid edirik ki, bu hesabat müdafiə strukturlarına “ciddi zamandır”, “işə başlamağın vaxtıdır” siqnalını göndərəcək”.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu