Avropa Şurası Azərbaycan və Ermənistan arasında danışıqların bərpası və qarşılıqlı inamın yaradılması üçün əlindən gələni etməyə hazırdır.
BUTA.TV xəbər verir ki, bunu Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç-Buriç Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasında çıxışı zamanı deyib.
"Biz bu günədək iki ölkə arasında qarşılıqlı inam və dialoqun yaradılmasına səy göstərmişik. Bir neçə həftə bundan əvvəl yüksək səviyyəli nümayəndə heyətimiz Azərbaycanda səfərdə olub. Yaxın günlərdə nümayəndə heyətimiz Ermənistana da səfər edəcək. Lakin ən əhəmiyyətlisi iki ölkə arasında danışıqların bərpa olunmasıdır. Hər iki dövlətin lideri bir araya gəlib öz aralarında sülhə nail olmalıdırlar", - Buriç qeyd edib.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu