Havalar istiləşdikcə ağcaqanadların sayı çoxalır. Bu da bizlərin əsl probleminə çevrilir. Araşdırmalara görə B qan qrupu olan insanların ağcaqanadlar tərəfindən sancılma ehtimalı ən aşağıdır, lakin bu, digər qan qrupları üçün o qədər də yaxşı xəbər deyil.
BUTA.TV Medicina.az-a istinadən xəbər verir ki, terapevt İrina Andreyevnanın sözlərinə görə, əgər birinci qan qrupuna sahibsinizsə, bu, sizin üçün problem ola bilər.
"Ağcaqanadlar da müəyyən qan qruplarına üstünlük verirlər. Ən çox O (I) qan qrupunu, sonra A (II) qan qrupunu bəyənirlər və B (III) qan qrupunu daha az seçirlər. Tədqiqat da bunu təsdiqlədiyi üçün O (I) qan qrupunu qansoranların sevimlisi kimi qeyd edilir.
Tədqiqat qrupu müxtəlif qan qruplarına malik 64 nəfəri araşdıraraq Asiya pələngi ağcaqanadlarının kimlərə hücum etdiyini öyrənib. O (I) qan qrupu uçan həşəratlar arasında ən populyarı olub.
Dişləmə üçün başqa bir risk faktoru bioloji cins ola bilər. Ağcaqanadlar daha çox qadınları dişləyir", - o bildirib.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu