Qazaxıstan “Bi-2” qrupunun da konsertini ləğv etdi

10:32 - 20 İyun 2023 - GÜNDƏM

 Qazaxıstan “Bi-2” qrupunun da konsertini ləğv etdi

Qazaxıstanın Abay vilayətinin inzibati mərkəzi olan Semey şəhərində Rusiyanın “Bi-2” qrupunun iyunun 21-nə planlaşdırılan konserti baş tutmayacaq.

Kult.az xəbər verir ki, bu barədə şəhər administrasiyasının mətbuat xidməti məlumat yayıb.

“Meşə yanğınları zamanı baş vermiş faciəvi hadisələrlə əlaqədar, eləcə də rayon ictimaiyyətinin çoxsaylı müraciətləri əsasında Rusiyanın “Bi-2” musiqi qrupunun iyunun 21-də keçirilməsi nəzərdə tutulan konserti ləğv edilir”, - o bildirib.

Qeyd edək ki, dünən rusiyalı müğənni Qriqori Lepsin Qazaxıstanın Konayev şəhərində verəcəyi konsert ləğv edilmişdi.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol