Paşinyan sensasion detallar açıqlayır – Simonyan

10:44 - 20 İyun 2023 - GÜNDƏM

 Paşinyan sensasion detallar açıqlayır – Simonyan

Baş nazir Nikol Paşinyan 44 günlük müharibənin təhqiqatı üzrə komissiyanın iclasında müharibə ilə bağlı sensasion detallar açıqlayacaq.

BUTA.TV xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.

“Bəzilərini gözlənilməz və maraqlı detallar gözləyir. Anladığım qədər, baş nazir hər şeyi ətraflı şəkildə təqdim edəcək”, - o bildirib.

Qeyd edək ki, 2020-ci il sentyabrın 27-də başlanmış hərbi əməliyyatların şəraitini öyrənmək üçün Ermənistanın Baş naziri Nikol Paşinyan istintaq komissiyasının dəvəti ilə parlamentin iclasına qatılıb. O, giriş nitqi ilə çıxış edir və deputatların suallarını cavablandıracaq.

Parlamentin iclası canlı yayımlanır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol