Türkiyənin keçmiş xarici işlər naziri, hazırda millət vəkili olan Mövlud Çavuşoğlu doğulub boya-başa çatdığı Antalya vilayətinin Söbüçimən yaylasına yollanıb.
BUTA.TV xəbər verir ki, Çavuşoğlu səfər zamanı qeydə alınan görüntüləri Tvitter səhifəsinə yerləşdirib.
Yaylaya səfəri zamanı Çavuşoğlu yerli camaatla görüşüb, göbələk, yarpız toplayıb.
Qeyd edək ki, Mövlud Çavuşoğlu yurduna böyük sevgisi ilə seçilən şəxslərdəndir. O, nazir olduğu vaxt da doğulduğu kəndə tez-tez gedir, bəzən məzuniyyətini orada keçirirdi.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu