Serj Sərkisyan və onun komandası Azərbaycana müharibəyə daha yaxşı hazırlaşmaq imkanı verdi.
BUTA.TV xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan 44 günlük müharibənin şəraitini araşdıran parlament komissiyasının iclasında deyib.
“Sərkisyan və komandası Qarabağ məsələsinin həlli kontekstində şübhəli bir şüar irəli sürdülər: yaxşı müharibədənsə, pis danışıqlar yaxşıdır. Onlar bununla Bakıya müharibəyə hazırlaşmaq üçün vaxt verdiklərini heç vaxt anlamadılar”, - Paşinyan bildriib.
Onun sözlərinə görə, Sərkisyanın hakimiyyəti illərində erməni tərəfi Qarabağa aralıq status verməyə çalışıb, lakin buna nail olmayıb:
“Ermənistan Qarabağın statusunu müzakirə etmədən ən azı 5 rayonun Azərbaycana qaytarılması təklifini növbəti dəfə rədd etdikdən sonra 2016-cı ilin Aprel müharibəsi başladı və 800 hektar ərazinin itirilməsi ilə başa çatdı. Qeyd edək ki, 2016-cı ilin Aprel müharibəsinin başa çatması ilə bağlı heç bir sənəd yoxdur. Bu o deməkdir ki, Dördgünlük müharibə başa çatmayıb. Yəni hansısa şifahi razılıq əldə olunub”.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu