Bu yaxınlarda İran prezidentinin xanımı Cəmilə Ələmülhüdanın Venesuelada televiziya kanalına müsahibəsində ölkənin əhəmiyyətli bir hissəsini təşkil edən türklərə və ərəblərə qarşı nifrət dolu irqçi fikirlərinin şahidi olduq. İran İslam Respublikasının hakimiyyət orqanları, onlara tabe olan qurum və təşkilatlar sistematik olaraq etniklərə qarşı ayrı-seçkilik siyasəti aparır.
BUTA.TV xəbər verir ki, bu fikirlər Güney Azərbaycan türkləri və qaşqayların beynəlxalq qurumlara imzalı olaraq ünvanladığı məktubunda əks olunub.
BMT-nin İrqi Ayrı-seçkiliyin Aradan Qaldırılması Komitəsi, Azərbaycan, Türkiyə və digər türk dövlətləri respublikalarına ünvanlanan sənəddə vurğulanıb ki, bundan əvvəl də İranın dövlət radio-televiziya qurumu tərəfindən aparılan sosial sorğusda etniklər arasında ayrı-seçkiliyin gücləndirilməsi (1995), İranın dövlət qəzetində nəşr olunan bir karikaturada türklərin ağır şəkildə təhqir olunması (2006), dövlət telekanalında yayımlanan “Fitile” (2015) proqramında türklərə qarşı yönəlmiş güclü nifrətin şahidi olublar. Bu, dövlətin rəsmi siyasətinin mühüm tərkib hissəsini təşkil edir.
Bildirilib ki, dərsliklərdə belə qeyri-fars millətlər, xüsusilə türklər və ərəblər haqqında doğru olmayan, alçaldıcı ifadələrin yer aldığı faktlar var.
“İran “Ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Beynəlxalq Konvensiya”nı və “Beynəlxalq İnsan Haqları Bəyannaməsi”ni imzalasa da, öhdəliklərinə əməl etmir. Hətta daxildə irqi ayrı-seçkiliyə dair qanunlar qəbul etmir, belə pozuntulara qarşı hər hansı məhkəmə prosesi başlamaqdan çəkinir və heç bir cəza tədbiri tətbiq etmir”, - deyə məktubda qeyd edilib.
Vurğulanıb ki, yenə də dərsliklərdə və televiziya proqramlarında irqçi və ayrı-seçkilik xarakterli mövzulara geniş yer verilir, türklərin yaşadığı bölgələrdə iqtisadi ayrı-seçkilik aparılır, xalqın yeraltı və yerüstü sərvətləri talan edilərək, oradan əldə edilən gəlir farsların yaşadığı bölgələrə köçürülür:
“Biz - bu məktubu imzalayanlar İran dövləti tərəfindən sistematik olaraq ayrı-seçkiliyə məruz qalma siyasətini, nifrət aşılayan danışıq və hərəkətləri qəti şəkildə pisləyir, beynəlxalq qurumlardan bu prosesin dayandırılması, İran səlahiyyətlilərinə qarşı sanksiya tətbiq olunması və tez bir zamanda assimilyasiya prosesinin qarşısının alınmasını tələb edirik“.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu