Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İraq Kürd Regional Administrasiyasının rəhbəri Məsrur Bərzani ilə görüşünün terrorizmlə mübarizəyə effektiv təsiri olacaq.
BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə milli müdafiə naziri Yaşar Gülər jurnalistlərə açıqlamasında deyib.
“Terrorizmlə mübarizəmiz qətiyyətlə davam edir. Bu görüşün mütləq təsiri olacaq. Əməkdaşlığı genişləndirəcəyik, sonda müsbət təsirləri olacaq”, - deyə nazir bildirib.
Qeyd edək ki, ötən gün Türkiyə lideri R.T.Ərdoğan kürd muxtariyyətinin rəhbəri Məsrur Bərzanini Ankarada Beştəpə Sarayında qəbul edib.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu