İyunun 23-də axşam saatlarında Heydər Əliyev Beynəlxalq Aeroportunun vağzalyanı meydanında minik avtomobilində yanğın baş verib.
Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən BUTA.TV-a verilən məlumata görə, yanğın sürətlə yayılmağa başlayıb və yaxındakı avtomobilə keçib.
AZAL-ın tabeliyində olan Aviasiya Təhlükəsizliyi Baş İdarəsinin Yanğından Mühafizə Xidmətinin əməkdaşlarının operativ tədbirləri nəticəsində yanğın söndürülüb və onun daha da yaxınlıqdaki avtomobillərə keçməsinin qarşısı alınıb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu