Daha uzun istehlak üçün bir çox tərəvəz və meyvələri soyuducuda saxlamağa üstünlük veririk, lakin bu vərdiş insan sağlamlığı üçün təhlükəli vəziyyətə çevrilə bilər.
BUTA.TV xəbər verir ki, bəzi meyvə və tərəvəzləri soyuducuya qoymağın faydasından çox ziyanı var.
Pomidor - Pomidorlar otaq temperaturunda saxlandıqda öz dadını qoruyur. Pomidoru soyuducuya qoysanız, sərtləşəcək və dadını itirəcək. Bundan əlavə, soyuducu pomidordakı hüceyrələrə təsir edir ki, bu da xəstəliklərə səbəb ola bilər.
Kartof - Kartofu soyuducuda saxlamaq onun çürüməsinə səbəb olacaq. Kartofu soyuducuda saxlasanız və istehlak etsəniz, sağlamlığınızı təhlükə altına qoymuş olarsınız. Çünki kartofun tərkibindəki nişasta soyuqda qaldığı üçün şəkərə çevrilməyə başlayır.
Soğan - Kartof kimi soğan da soyuducuda çürüyəcək və onun qoxusu digər məhsullara nüfuz edə bilər.
Avokado - Yetişməmiş avokadonu soyuducuda saxlamaq düzgün deyil. Avokadonu soyuducuya qoymaq üçün otaq temperaturunda yetişməsini gözləmək lazımdır.
Sarımsaq - Sarımsaq soyuducudakı havaya görə cücərə bilər, ona görə də sarımsağı otaq temperaturunda saxlamağınız tövsiyə edilir.
Bal - Bal otaq temperaturunda saxlanmalı olan məhsuldur. Balın maye quruluşunu qorumaq və dadını pozmamaq üçün onu soyuducuda saxlamayın.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu