Ermənistanın əməkdar artisti David Amalyan bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan xalqını ayağa qaldıra bilib.
BUTA.TV xəbər verir ki, bu barədə “Haqqın.az” məlumat yayıb.
“Elçibəy dövründə onların başına gələnləri xatırlayırsınızmı? Onların rəhbərinə (Azərbaycan Prezidenti İlham Əliyev - red.) dərin hörmətim var. Onun xarakteri var. Bu şəxs (İlham Əliyev - red.) bir neçə ali məktəbi bitirib, yüksək intellektə sahibdir. Efirdə hər şeyi demək istəmirəm, amma 30 ildə biz tayfaya çevrilmişik, İlham Əliyev isə bütöv bir xalqı başına yığa bilib. İnanıram ki, bu, bizim üçün müvəqqətidir və ümid edirəm ki, bizim də hər şeyi yoluna qoyacaq belə bir liderimiz olacaq”, - o bildirib.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu