Təbrizli vəkil Əmir Mehdipur Şərqi Azərbaycan Vəkillər Kollegiyasının intizam məhkəməsinə çağırılıb.
BUTA.TV xəbər verir ki, bu barədə o özünün sosial media hesabında paylaşım edib.
“Bilirəm ki, yuxarıların məqsədi vəkillik lisenziyamı ləğv etməkdir. Özü də məhkəməyə çağırış tarixinin tezliyi bu işi yerinə yetirmək üçün tələsdiklərini göstərir”, - Mehdipur yazıb.
Hazırda xaricdə olan Vəkillər Kollegiyasının sədr müavini Sina Yusifi də özünün Tvitter hesabında bununla bağlı paylaşım edib.
O, belə addımların müstəqil vəkillərin fəaliyyətinin qarşısının alınmasına və haqqın, xalqın tərəfində olan hüquqşünasların meydandan çıxarılmasına hesablandığını bildirib.
Qeyd edək ki, Əmir Mehdipur 17 oktyabr 2022-ci ildə həbs edilərək Təbriz həbsxanasına köçürülüb, 27 oktyabrda isə girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılıb.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu