İyunun 22-dən 25-dək Portuqaliyanın Odivelas şəhərində keçirilən cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatının fərdi yarışları başa çatıb.
BUTA.TV xəbər verir ki, fərdi yarışların sonuncu günündə +90 kq çəkidə yarışan cüdoçumuz Ramazan Əhmədov bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Bu, Azərbaycanın Avropa çempionatında qazandığı sayca doqquzuncu medal olub.
Cüdoçularımız çempionatda ümumilikdə altı qızıl və üç bürünc medal əldə ediblər. Fərdi yarışlarda Azərbaycan medal əyarına görə ümumi hesabda və oğlanlar arasında 1-ci yeri, qızlar arasında isə 4-cü yeri tutub.
Qeyd edək ki, iyunun 25-də Avropa çempionatında qızlardan və oğlanlardan ibarət qarışıq komanda yarışı keçiriləcək.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu