“Vaqner”lə bağlı situasiya Rusiyanın daxili işidir, bunun İsrailə aidiyyəti yoxdur.
BUTA.TV xəbər verir ki, bu barədə İsrail Baş naziri Benyamin Netanyahu deyib.
“Söhbət Rusiyanın daxili işindən gedir. Biz yalnız hadisələrin inkişafını diqqətlə izləyirik”, - deyə o bildirib.
Qeyd edək ki, bundan öncə İsrail XİN vətəndaşlarının Rusiyaya səyahət etməməsini tövsiyə edib.
Xatırladaq ki, Belarus lideri Aleksandr Lukaşenkonun "Vaqner"in rəhbəri Yevgeni Priqojinlə apardığı danışıqlar nəticə verib. Priqojin hərbi çevriliş cəhdindən imtina edərək, geri, səhra düşərgəsinə qayıtmağı qərara alıb. Artıq vaqnerçilər ələ keçirdikləri ərazilərdən çıxıblar.
Priqojinə qarşı cinayət işinə xitam veriləcəyi və onun Belarusa gedəcəyi bildirilib. Belarusda Priqojinin nə edəcəyi bəlli deyil.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu