Priqojinlə danışıqlarda əsas məqsəd bu idi - Kreml

09:02 - 25 İyun 2023 - GÜNDƏM

 Priqojinlə danışıqlarda əsas məqsəd bu idi - Kreml

Ali məqsəd qan tökülməsinin və daxili qarşıdurmanın qarşısını almaq idi.

BUTA.TV xəbər verir ki, bu sözləri Kreml sözçüsü Dmitri Peskov deyib.

"Qan tökülməsindən, daxili qarşıdurmadan, gözlənilməz nəticələrlə toqquşmalardan qaçmaq ali məqsəd idi. Lukaşenkonun vasitəçilik səyləri bu məqsədlər naminə həyata keçirildi və Prezident Putin müvafiq qərar qəbul etdi", - o, jurnalistlərə bildirib.

Qeyd edək ki, Belarus lideri Aleksandr Lukaşenkonun "Vaqner"in rəhbəri Yevgeni Priqojinlə apardığı danışıqlar nəticə verib. Priqojin hərbi çevriliş cəhdindən imtina edərək, geri, səhra düşərgəsinə qayıdıb. Artıq vaqnerçilər ələ keçirdikləri ərazilərdən çıxıblar.

Priqojinə qarşı cinayət işinə xitam veriləcəyi və onun Belarusa gedəcəyi bildirilib. Belarusda Priqojinin nə edəcəyi bəlli deyil.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol