“Dəli Ürək” serialı yenidən ekranlara qayıdır

10:22 - 25 İyun 2023 - GÜNDƏM

 “Dəli Ürək” serialı yenidən ekranlara qayıdır

Türkiyənin məşhur serialı “Dəli Ürək” yenidən ekranlara qayıdır.

Kult.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, “Dəli ürək” layihəsinin yeni versiyası çəkiləcək. Yeni versiyanın nə vaxt çıxacağı və hansı platformada tamaşaçı ilə görüşəcəyi barədə hələlik rəsmi açıqlama yoxdur.

Xatırladaq ki, rejissoru Osman Sınav olan "Dəli Ürək" 1998-ci ildə yayımlanmağa başlayıb və 4 mövsüm davam edib. Kənan İmirzalıoğlu və Zeynəb Tokuşun rol aldığı, zamanında tamaşaçı kütləsi çox olan serial 2002-ci ildə final etmişdi.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol