“Əhməd” xüsusi təyinatlıları yenidən Marinkaya qayıdır

15:16 - 25 İyun 2023 - GÜNDƏM

 “Əhməd” xüsusi təyinatlıları yenidən Marinkaya qayıdır

Priqojinin qiyamını yatırmaq üçün Rostova yollanan "Əhməd" xüsusi təyinatlı qüvvələrinin hərbçiləri hərbi əməliyyatlar zonasına qayıdırlar.

BUTA.TV xəbər verir ki, bu barədə “Əhməd” xüsusi təyinatlılarının komandiri Aptı Alaudinov məlumat verib.

“Döyüş zonasından tamamilə çıxmamışıq. Yalnız başqa birliklərlə əvəz edilə bilənlər çıxarıldı. Hazırda “Əhməd” bölmələri yavaş-yavaş hərbi əməliyyatlar zonasına qayıdır və Marinkanın azad edilməsi üçün işləri davam etdirirlər”, - Alaudinov bildirib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol