"Azərbaycan Dəmir Yolları" QSC (ADY) iyunun 26-dan iyulun 2-dək ölkədə elan olunmuş bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
BUTA.TV QSC-yə istinadən xəbər verir ki, bu tarixlərdə Bakı-Ağstafa-Bakı marşrutu üzrə hər gün Bakı-Ağstafa saat 08:25 və 08-45 reysləri, Ağstafa-Bakı saat 16:00 və 17:10 reysləri, Bakı-Qəbələ-Bakı marşrutu üzrə hər gün Bakı-Qəbələ 07:30, Qəbələ-Bakı 19:30, Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət edən qatarlar isə qeyri-iş günlərinin qrafikinə uyğun fəaliyyət göstərəcək.
Cədvəllə tanış olmaq üçün www.ady.az saytına daxil olmaq lazımdır.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu