"Qarabağ" məğlub edə bilməyəcəyimiz rəqib deyil.
BUTA.TV xəbər verir ki, bunu Polşa "Rakuv"unun Müşahidə Şurasının üzvü Voytsex Tsıqan UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki potensial rəqibi olan "Qarabağ" barədə danışarkən deyib.
"Biz qışda Türkiyədəki yoxlama oyununda bu komandaya 3:0 hesabı ilə qalib gəlmişik. Amma Azərbaycan çempionuna qarşı mümkün qarşılaşma "Flora" ilə matçdan daha çətin olacaq. Hazırda əsas fikrimizi I təsnifat mərhələsindəki rəqibə yönəltmişik", - Tsıqan qeyd edib.
Qeyd edək ki, "Qarabağ" I təsnifat mərhələsində Cəbəllütariq "Linkoln"u ilə qarşılaşacaq. "Köhlən atlar" bu rəqibi keçə bilsə, növbəti raundda “Rakuv” (Polşa) - “Flora” (Estoniya) cütünün qalibi ilə qarşılaşacaq.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu