Polşa Belarusla sərhədi Yevgeni Priqojin və "Vaqner"in oraya köçməsi ilə bağlı xəbərlər fonunda gücləndirir.
BUTA.TV xəbər verir ki, bunu Polşanın Baş nazir Mateuş Moravetski deyib.
Onun sözlərinə görə, Varşava Rusiyadakı hərbi qiyamın nəticələrini yaxından izləyir:
"Bu tədbirlər Moskvadan gələ biləcək təhlükəyə reaksiyadır, çünki Lukaşenko və Putin çox qəribə hərəkət edə bilər".
Qeyd edək ki, Priqojin və muzdlularının Belarusa köçürülməsi ilə əlaqədar NATO-nun şərq cinahının gücləndirilməsi zərurətini Litva Prezidenti Gitanas Nauseda da bəyan edib:
"Əgər Belarusa qeyri-müəyyən planlar və qeyri-müəyyən niyyətlərlə muzdlular göndərilirsə, bu, yalnız o deməkdir ki, biz şərq sərhədlərimizin təhlükəsizliyini daha da gücləndirməliyik”.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu