Bu, Vaşinqtonun Rusiya ilə bağlı qeyri-müəyyənlik yaratmaq üçün təbliğat xarakterli tezisi də ola bilər, lakin ABŞ kəşfiyyatının məlumatlılığı fonunda bunu “Putinin hakimiyyətinə qarşı qiyamların davam edəcəyi” mesajı olaraq da görmək olar. Bununla həm də Priqojinin tək olmadığına işarə edilir.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Asif Nərimanlı ABŞ Dövlət katibi Entoni Blinkenin Priqojin qiyamı ilə bağlı “Film davam edir və hələ son pərdəni görməmişik” sözlərini şərh edərkən deyib.
O bildirib ki, Ukrayna müharibəsi başlayandan sonra Rusiyada elita qarşıdurmasının kəskinləşdiyini gündəlik xəbər lentindən də görmək mümkün idi:
“Priqojinin qiyamı bu kəskinləşmənin partlaması olsa da, Putinin xaosu idarə etdiyi və narazıları təmizləmək üçün prosesi bu həddə çatdırdığı istisna edilməməlidir. Mümkündür ki, bundan sonra Kremlin diqqəti həm də daxili hesablaşmalara yönələcək. Və bu, rus sülhməramlıların olduğu Qarabağdakı proseslər baxımından Azərbaycan üçün sərfəlidir”.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu