2019-cu ildə Azərbaycan Prezidenti ilə Düşənbədə liftə minəndə bizimlə daha bir şəxs - Qriqori Ayrapetov var idi. Dördüncü adam ona görə olmadı ki, yer yox idi.
BUTA.TV xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan iyunun 27-də 44 günlük müharibənin şəraitini araşdıran parlament komissiyasının iclasında deyib.
“Müxalifət nümayəndələri bütün bunları sanki konspirativ söhbət gedirmiş kimi təqdim etməyə çalışdılar. Həmin vaxt Ayrapetovu işdən çıxartdım. Bu söhbətdə o da iştirak edirdi. Müxalifətə dedim: dəvət et, o, artıq xidmətdə deyil, öyrən ki, liftdə nə ola bilərdi? Dövlət Təhlükəsizlik Xidmətinin gəzinti zamanı deyilənlərdən xəbəri ola bilər, amma qapalı otaqda gedən danışıqların məzmunu onların işi deyil”, - Paşinyan bildirib.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu