Qazaxıstanda Nazarbayev Universiteti, Nazarbayev İntellektual Məktəbləri və Nazarbayev Fondu ilə bağlı qanunlar dəyişəcək.
BUTA.TV Oxu.az-a istinadən xəbər verir ki, senatın deputatları “Qazaxıstan Respublikasının bəzi qanunvericilik aktlarına peşə ixtisasları, dövlət mükafatları, sosial təminat və təhsil məsələləri ilə bağlı dəyişikliklər və əlavələr edilməsi haqqında” qanun layihəsini iki oxunuşda bəyəniblər.
Dəyişikliklərə görə, ölkənin sabiq prezidenti Nursultan Nazarbayev sözügedən məktəblərin və fondun Ali Şuralarının başçısı statusundan məhrum edilir.
Senatın deputatı Nurtore Jusip məruzə ilə çıxış edərək, qanunun Qazaxıstan Respublikasının peşə ixtisasları ilə bağlı bir sıra qanunvericilik aktlarının “Peşəkar ixtisaslar haqqında” qanun layihəsinin müddəalarına uyğunlaşdırılması məqsədilə hazırlandığını vurğulayıb.
Qeyd edək ki, yanvarın 11-də Qazaxıstanın Konstitusiya Məhkəməsi Elbası haqqında qanunun etibarsız sayılması barədə qərar qəbul edib. Yeni qanuna əsasən, Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayev Elbası statusundan və onunla bağlı imtiyazlardan məhrum edilib.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu