Rusiya Aerokosmik Qüvvələrinin baş komandanı Sergey Surovikin həbs olunmayıb. General dindirildikdən sonra buraxılıb.
BUTA.TV xəbər verir ki, bu barədə “Vajnıye istorii” nəşri məlumat yayıb.
Nəşrin mənbələri Surovikinin “Vaqner” lideri Yevgeni Priqojinin qiyamında iştirakı ilə əlaqədar həbsini təsdiqləməyiblər.
Baş Qərargah və FTX-yə yaxın mənbələr bildirib ki, general həbs olunmayıb və Moskvadakı Lefortovo təcridxanasına aparılmayıb.
“Baza” Teleqram kanalı da bildirib ki, Surovikinin qızı atasının iş yerində olduğunu təsdiqləyib.
Generalın həyat yoldaşı isə məsələ ilə bağlı açıqlama verməyib.
Qeyd edək ki, Qərb nəşrləri general Surovikinin və onun müavini general-polkovnik Yudinin Priqojin qiyamına görə saxlanıldığını bə Lefortovodakı təcridxanaya salındığını yazmışdı. Lakin Yudin həbs olunma xəbərini təkzib edərək, məzuniyyətdə olduğunu və evdə dincəldiyini bildirmişdi.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu