Almaniya Kiyevə yedi radar sistemi göndərir

01:08 - 30 İyun 2023 - GÜNDƏM

 Almaniya Kiyevə yedi radar sistemi göndərir

Almaniya Ukraynaya yeni hərbi yardım göndərib.

BUTA.TV xəbər verir ki, bu barədə Almaniya hökumətindən məlumat verilib.

Yeni yardım paketinə 1 ədəd orta radiuslu “TRML-4D” radiolokasiya stansiyası, 3 ədəd “BEAVER” körpü sistemi, sərhəd mühafizəsi üçün 2 ədəd maşın və 16 ədəd “Zetros” yük maşınları daxildir.

Qeyd edək ki, “TRML-4D” radarları təyyarələr, helikopter və qanadlı raketlər kimi müxtəlif növ hava hədəflərini erkən aşkar etməyə qadirdir. Radar 250 km-ə qədər radiusda 1500-ə yaxın hədəfin operativ aşkarlanmasını və izlənilməsini təmin edir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol