Ən çətin məsələlərin həlli sonraya qalıb.
BUTA.TV xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın ABŞ-ın paytaxtı Vaşinqtonda keçirilən görüşünə dair şərhində deyib.
O bildirib ki, razılığa nail olmaq nə qədər asan olsa da, bəzi hallarda çətinləşir:
"Çünki ən mürəkkəb məsələlər hələ həllini tapmayıb".
Qeyd edək ki, iyunun 27-29-da C.Bayramov və A.Mirzoyan arasında ABŞ-ın Virciniya ştatının Arlinqton şəhərində Corc Şults adına Milli Xarici Əlaqələr Tədris Mərkəzində danışıqlar aparılıb.
Nazirlər Vaşinqtonda olarkən ABŞ-ın dövlət katibi Antoni Blinken və prezidentin köməkçisi və milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla görüşüblər.
Azərbaycan XİN-in rəsmi məlumatına əsasən, XİN başçıları və onların heyətləri arasında Sülh və Dövlətlərarası Münasibətlərin qurulması haqqında ikitərəfli Saziş layihəsi üzrə danışıqlarda əlavə tərəqqiyə nail olunub.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu