"Yandeks Travel" analitikləri 2023-cü ilin iyun ayında otel sifarişləri və uçuş axtarışları ilə bağlı məlumatların tədqiqindən sonra Rusiyadan Azərbaycana səyahət edənlərin sayının artdığını aşkarlayıblar.
BUTA.TV Report-a istinadən xəbər verir ki, araşdırmaya görə, Azərbaycan səyahətə tələbatın artmasına görə lider olub. Daha sonra ruslar Gürcüstana (87%), Tailanda (80%), Kiprə (55%) və Türkiyəyə (44%) səfər ediblər.
Azərbaycana səfərlərə tələbatın dəfələrlə artmasına səbəb kimi ekspertlər gediş-dönüş aviabiletlərinin qiymətlərinin 2022-ci illə müqayisədə 23% enməsini göstərir.
Eyni zamanda, Azərbaycanda hotellərdə orta qiyməti dəyişməz qalıb.
- Ruslar Bakı ilə münasibətlərin gərginləşməsindən narahatdır
- Gələn aydan gəlir vergisində kimlərə güzəştlər ediləcək?
- Səməd Seyidovun adından saxta açıqlama yayıldı
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi