Bakı yalnız inteqrasiya prosesləri ilə bağlı danışıqlar aparmağa razıdır.
BUTA.TV xəbər verir ki, bu sözləri Azərbaycanın Qarabağ iqtisadi rayonunun bir hissəsində məskunlaşan rus sülhməramlıların məsuliyyət zonasında fəaliyyət göstərməyə çalışan separatçı-terrorçuların başçısı Araik Arutyunyan deyib.
O bildirib ki, danışıqların başqa formada aparılması mümkünsüzdür:
"İki il cəhd etdim, amma Bakı yalnız inteqrasiya proseslərini müzakirə edir. Bunu nəinki bizə deyirlər, BMT-də də deyirlər, dünən də, bu gün də - Blinken-Mirzoyan-Bayramov görüşündə də deyilib. Azərbaycan bizə deyir ki, birinci məsələ "müdafiə ordusunun" (Xankəndidəki qanunsuz silahlı dəstələr-red.) buraxılmasıdır. Sonra "dövlət idarəetmə sistemi" ləğv edilməlidir. Başqa formada danışıqlar nəticə vermir".
- Ruslar Bakı ilə münasibətlərin gərginləşməsindən narahatdır
- Gələn aydan gəlir vergisində kimlərə güzəştlər ediləcək?
- Səməd Seyidovun adından saxta açıqlama yayıldı
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi