Mən Putini yaxşı tanıyıram, bu günlərdə ona baxıram və onun bu qədər isterik olduğunu xatırlamıram.
BUTA.TV xəbər verir ki, bu sözləri Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili sosial şəbəkə hesabında yazıb.
“İndi mənə aydındır ki, Putinin hakimiyyətdə həftələri qalıb. Sonra qısa bir keçid və böyük qarışıqlıq olacaq.
Bunun nə qədər tez baş verməsi, əsasən, Ukraynanın döyüş meydanında daim irəliləməsindən asılıdır. Tərəqqi davam edir, ukraynalılar Baxmutu önümüzdəki həftələrdə geri qaytaracaqlar, ən geci sentyabrda Azov dənizinə çatacaq və Krıma girməyə başlayacaqlar. Krıma girmək Putin üçün sondur.
Diqqət edin ki, Putin ilk dəfə xalqın yanına mənim üslubumda getdi. Bunu Rusiyanın heç bir yerində gerçəkləşdirməyə risk etmədilər və onu Dağıstanın ən geridə qalmış bölgəsinə, Dərbəndə gətirdilər – burda onu təşkil etmək asandır. Bu, özünü qüdrətli imperator hesab edən Putinin sonudur”, - Saakaşvili qeyd edib.
- Kreml AZAL-a görə addım atmadı: Təmkinli davranmalıyıq...
- 1891, ermənilərin milli geyimi bu cür olub - Foto
- Ruslar Bakı ilə münasibətlərin gərginləşməsindən narahatdır
- Gələn aydan gəlir vergisində kimlərə güzəştlər ediləcək?
- Səməd Seyidovun adından saxta açıqlama yayıldı
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır