Xəbər verdiyimiz kimi, keçmiş deputat, iş adamı Nazim Bəydəmirli Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
BUTA.TV xəbər verir ki, Nazim Bəydəmirli 4 may 1963-cü ildə Gədəbəy rayonunun Çayrəsullu kəndində anadan olub.
O, 1982-ci ildə Bakı Plan-Uçot Texnikumunu, daha sonra isə Voronej Dövlət Aqrar Universitetinin Yer quruluşu fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1982–1984-cü illərdə hərbi xidmətdə olub. Bəydəmirli 1989-cu ildən Voronej Kənd Təsərrüfatı İnstitutunda kiçik elmi işçi, 1990-cı ildən Voronej Dövlət Aqrar Universitetində müəllim işləyib. Həmin universitetin aspiranturasında təhsil alıb, elmi işini müdafiə edərək iqtisad elmləri üzrə doktorluq dərəcəsinə yiyələnib. Üç kitabın və çoxsaylı elmi məqalələrin müəllifidir.
1993–1999-cu illərdə Rusiyanın Lipetsk şəhərində “Kapital X” MMC-nin baş direktoru, 1996-cı ildən “İmperial LTD” Qapalı Səhmdar Cəmiyyətinin baş direktoru olub. 2000-ci ildən Bakı şəhərində “Qlobal Kaspian LTD” şirkətinin prezidenti, 2003–2005-ci illərdə “Binapmetal” MMC-nin baş direktoru vəzifələrində çalışıb. 2010-cu ildən sahibkarlıq fəaliyyətini davam etdirir, “BAYDAMİRLİ HOLDİNG”in sahibidir.
2005-ci ildə Azərbaycan Milli Məclisinə seçkilərdə 104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən müstəqil namizəd olaraq millət vəkili seçilib. Azərbaycan-Bosniya-Hersoqovina, Azərbaycan-İndoneziya, Azərbaycan-Gürcüstan, Azərbaycan-Niderland, Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olub. “Bəydəmirli Xeyriyyə Fondunun” təsisçisidir.
Ailəlidir, 2 övladı var.
N.Bəydəmirli son illər müxtəlif qalmaqallarla gündəmə gəlib.
Qeyd edək ki, Nazim Bəydəmirli adı məlum olmayan vətəndaşın polisə müraciəti əsasında saxlanılıb. N.Bəydəmirli həmin şəxs barəsində rüsvayedici görüntülərin olduğunu bildirərək ondan 50 min manat tələb edib. Hazırda Bəydəmirlinin işi ilə bağlı araşdırmalar davam etdirilir.
- Kreml Ukraynanın 20%-ni qoparacaq, sonra daha 3 vilayətini...
- Bu müharibədə Azərbaycan vətəndaşlarının iştirakı cinatyətdir!
- Türkiyə Putini gətirmək istəyir ki, nüfuzu qalxsın
- Kreml AZAL-a görə addım atmadı: Təmkinli davranmalıyıq...
- 1891, ermənilərin milli geyimi bu cür olub - Foto
- Ruslar Bakı ilə münasibətlərin gərginləşməsindən narahatdır
- Gələn aydan gəlir vergisində kimlərə güzəştlər ediləcək?
- Səməd Seyidovun adından saxta açıqlama yayıldı