Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Zərdab rayonunun Qoşaoba kəndində vətəndaşa məxsus həyətyanı sahədə yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-dən BUTA.TV-a bildirilib ki, dərhal əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Zərdab Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən edilib ki, vətəndaş Əhmədxan Qasımova məxsus həyətyanı sahəyə yığılmış ot bağlamalarında baş vermiş yanğının qısa müddətdə genişlənərək bitişik yerləşən təsərrüfat obyektinə keçmə riski yüksəkdir.
Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş operativ tədbirlər sayəsində yanğın genişlənməsinə, o cümlədən bitişik yerləşən təsərrüfat obyektinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində 12 ton ot bağlamalarının 2 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və ona bitişik 80m² sahəsi olan təsərrüfat obyekti yanğından mühafizə olunub.
- İlham Əliyevdən Ağ Şəhərlə bağlı paylaşım - Video
- Qarabağ erməniləri ilə bağlı qərar dəyişdi
- Monteneqro ilə vizasız rejim ləğv edilir? - Rəsmi Bakıdan cavab
- Prezidentin işdən çıxartdığı başçı danışdı
- Prezident yeni təyin etdiyi başçını bu səbəbdən işdən çıxardıb
- Rusiyalı biznesmen Azərbaycanla bağlı yalan danışır - Rubinyan
- Kreml Ukraynanın 20%-ni qoparacaq, sonra daha 3 vilayətini...
- Bu müharibədə Azərbaycan vətəndaşlarının iştirakı cinatyətdir!